Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İran özünün hərbi doktrinasını dəyişməyə hazırlaşır. Tribunainfo.az xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Behnam Səidi açıqlama verib.
O bildirib ki, yeni dünya düzənində bir sıra çağırışlar meydana çıxıb və yeni sənəddə onlar ehtiva olunmalıdır: “İranın müdafiə doktrinasının dəyişdirilməsi zəruridir. Çünki yeni regional və beynəlxalq təhlükəsizlik çağırışları ortaya çıxıb”.