İran Hərbi Hava Qüvvələrinə yeni komandan təyin edildi

18.12.2025

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İran ordusunun komandanı Əmir Hatəminin təklifi və Əli Xameneinin əmri ilə İran Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsinə briqada generalı Bəhmən Behmərd təyin edilib.

Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bundan əvvəl həmin vəzifəni briqada generalı Həmid Vahidi yerinə yetirirdi. Vahidi yeni komandanın müavini təyin edilib.

Qeyd edək ki, Həmid Vahidi Avropa Birliyinin sanksiyalar siyahısına salınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью