İran hərbi hazırlıq səviyyəsini maksimum həddə çatdırdı

20.09.2026

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İran silahlı qüvvələri operativ hazırlıq səviyyəsini maksimum həddə çatdırıb və mümkün hərbi hadisələrin inkişafı ssenarisinə uyğun cavab tədbirləri planlarını hazırlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Russia al-Youm” telekanalının istinad etdiyi adı açıqlanmayan iranlı rəsmi məlumat yayıb.
Mənbənin sözlərinə görə, planlar quru qoşunları, hərbi hava qüvvələri və hərbi-dəniz qüvvələrinin fəaliyyətini nəzərdə tutur.
O bildirib ki, İran ABŞ və İsrailin hərbi qüvvələrinə, obyektlərinə, eləcə də onlarla əlaqəli maraqlara qarşı “ağır, genişmiqyaslı və gözlənilməz” cavab zərbəsi endirməyə hazırdır. Bu barədə “Mehr” məlumat yayıb.
 

Rəsmi hazırlanmış planların konkret olaraq hansı tədbirləri nəzərdə tutduğunu və İranın hansı şəraitdə onları həyata keçirə biləcəyini açıqlamayıb.


Bu açıqlama İran, ABŞ və İsrail arasında davam edən gərginlik fonunda səslənib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью