İran Heydərovun oğlunun Dubaydakı obyektlərini vurub

29.03.2026

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


ABŞ-İsrail-İran müharibəsinin ilk günü İranın atdığı raketlərdən biri Heydərovlara məxsus 6 rezudensiyanın yerləşdiyi ərazinin yaxınlığına düşüb.
Newscenter,az xəbər verir ki, bunu araşdırmaçı jurnalist Cacanşir Həsənli sosial şəbəkə hesabında yazıb. O qeyd edib ki, ABŞ və İsrailin bombardmanlarına cavab olaraq İran fevralın 28-də Dubayı raket atəşinə tutub:

"Raketlərdən biri PALM JUMEYRA süni adasına atılıb. Həmin ərazidə Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğulları Nicat və Tale Heydərovlara məxsus, müharibədən əvvəlki dəyəri 30 milyon dollar olan 6 rezidensiya yerləşir. Raket zərbəsindən ərazidə böyük dağıntı baş verib. Zərbənin təsiri o qədər güclü olub ki, ətrafdakı binalara, o cümlədən Heydərovlara məxsus azı 2 rezidensiyaya zərər dəyib, şüşələri sınıb".

Bildirilib ki, raket zərbəsi zamanı süni adada 4 nəfərin yaralandığı yerli hökumətin media ofisi tərəfindən təsdiqlənib:
"Adada, raket zərbəsinin endirildiyi ərazidən bir neçə kilometr məsafdə isə Hetdərovlara məxsus Sofitel The Palm Resort & Spa hoteli heç bir zərər görməyib.

İranın Palm Jumeyraya zərbə endirdiyi gün Nicat Heydərov Dubayda olub və dərhal Türkiyə üzərindən Azərbaycana təxliyə olunub".
Anar
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью