İran Hizbullahı Dubay vasitəsilə maliyyələşdirir WSJ

28.11.2025

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

İran Livandakı Hizbullah terror təşkilatını maliyyələşdirmək üçün Dubaydan istifadə edir.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti adının açıqlanmasını istəməyən mənbələrə istinadən məlumat verib.

Son bir il ərzində İranın terror təşkilatının hərbi imkanlarını bərpa etmək üçün Dubaydakı valyutadəyişmə məntəqələri və digər müəssisələr vasitəsilə Hizbullaha yüz milyonlarla dollar köçürdüyü bildirilir.

Mənbələrin verdiyi məlumata görə, Hizbullah qüvvələrini yenidən qurmaq və yenidən silahlandırmaq, eləcə də İsrailə qarşı mübarizə ilə bağlı digər xərcləri ödəmək üçün vəsaitə çox ehtiyac duyur.

Bəşər Əsədin devrilməsindən sonra Suriyadan qaçaqmalçılıq yolları bir il əvvəl pozulub və Livan hakimiyyəti Beyrut hava limanından nağd pulla dolu çamadanları qaçaqmalçılıq yolu ilə daşıyan kuryerlərin qarşısını almaqda irəliləyiş əldə edib.

Bütün bunlar İran və Hizbullahı Dubay kimi alternativlərə daha çox etibar etməyə məcbur edib. Mənbələr qeyd edib ki, vəsaitlər İranla əlaqəli valyutadəyişmə məntəqələrinə, özəl şirkətlərə, iş adamlarına və Dubaydakı kuryerlərə göndərilir. Daha sonra pul Livandakı terror təşkilatına köçürülür.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью