İran hökuməti daha 8 məhbusu edam etdi

03.12.2024

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən günlərdə Güney Azərbaycanın Qəzvin və İranın Yəzd zindanlarında 8 məhbus dar ağacından asılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İranda İnsan Haqları Müdafiəçiləri Qrupu (HRANA) yayıb.
Məlumata görə, Qəzvin zindanında ölüm hökmü icra edilən məhbuslardan biri “qətl”də, üçü isə “narkotik qaçaqmalçılığı”nda günahlandırılıb.
Yəzd həbsxanasında asılan dörd məhbus da “narkotik qaçaqmalçılığı”nda ittiham edilib.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью