İran hökumətindən Zəngəzur dəhlizi haqda sensasion AÇIQLAMA

12.08.2025

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

“İranın bəzi media qurumlarında və sosial şəbəkələrdə Zəngəzur dəhlizi məsələsi təhrif olunur”.

Turkustan.az xəbər verir ki, bu fikirləri İran hökumətinin sözçüsü Fatimə Mohacerani səsləndirib.

Onun sözlərinə görə, bu məsələ İranın şimal sərhədlərini itirməsi kimi təqdim edilir:

“Geniş müzakirə olunan Zəngəzur dəhlizi məsələsi İranın şimal ərazisinin – Ermənistanla sərhədinin – yalnız kiçik bir hissəsinə aiddir. İran regionda sabitliyin bərpasına, dövlətlərin ərazi bütövlüyü və suverenliyinin qorunmasına böyük önəm verir. İran heç vaxt qonşu ölkələrdə xarici qüvvələrin mövcudluğunu alqışlamayıb və bölgədəki vəziyyət daimi nəzarət altındadır”.

O hesab edir ki, sabitliyin təmin olunmasının ən optimal yolu regional ölkələrin iştirakı ilə bu məsələlərin həllidir./Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью