Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu barədə Bizimyol.info xəbər portalına güneyli siyasi şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi qeyd edib ki, hazırda ABŞ bilir ki, nə “Həmas”, nə də İsrail bu münaqişəni dayandırmaq gücündə deyil.
Maşallah Rəzmi
Maşallah Rəzmi vurğulayıb ki, İrandakı proksi qüvvələr geri çəkilmir, bu səbəbdən də İslam Cümhuriyyətində böyük bir böhran yaranıb.
“İran mətbuatında da qeyd edilir ki, hakimiyyətdaxili bəzi qüvvələr ya mövqe tutmurlar, ya da "nə hə olsun, nə də yox" mövqeyindən geri çəkilmirlər”-deyən Maşallah Rəzmi qeyd edib ki, “Hizbullah” da İranın proksi qüvvəsidir.
Maşallah Rəzminin mövzu ilə bağlı şərhini Bizimyol.info xəbər portalının YouTube səhifəsində izləyə bilərsiniz.
İradə Cəlil, Bizimyol.info