İran hökumətinin sözçüsü: Tehranın Trampa cavabı ABŞ a çatdırılıb

30.03.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran ABŞ Prezidenti Donald Trampın məktubuna cavab verib və cavab ABŞ-a çatdırılıb.

APA-nın xəbərinə görə, bu barədə İran hökumət sözçüsü Fatimeh Mohacerani X–da paylaşım edib.

Fatimeh Mohacerani qeyd edib ki, buna müvafiq olaraq ABŞ-la dolayı danışıqlar gündəliyə daxildir: “Diplomatik proses davam edir”.

Qeyd edək ki, martın 27-də İran xarici işlər naziri Abbas Araqçi ABŞ Prezidentinin məktubuna cavabın göndərildiyini bəyan edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью