İran Hollandiyaya sərt cavab verib

25.04.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

İranın Hollandiyadakı səfirliyi yazılı açıqlamada Hollandiya kəşfiyyat təşkilatının illik hesabatında yer alan iddiaları qətiyyətlə rədd edərək, İranın Avropada sui-qəsd cəhdlərində iştirakı ilə bağlı bütün ittihamların əsassız olduğunu vurğulayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat verib.

Səfirliyin yaydığı bəyanatda: “İran terrorun ən böyük qurbanıdır və terrorun bütün formaları ilə mübarizə aparmaq üçün digər ölkələrlə müqayisədə daha güclü iradəyə malikdir. İrəli sürülən əsassız iddialar bəzi şəxslərin qurban rolunu oynayaraq ev sahibi dövlətdən siyasi qazanc və ya imtiyaz əldə etmək cəhdindən başqa bir şey deyil.

Təəssüf ki, İranda terror aktları törətmiş, hətta bu əməlləri etiraf edən və ya bununla öyünən bir çox şəxs və təşkilatlar Qərb dövlətləri tərəfindən himayə olunur və hənin ölkələr bu cür iddiaların mənbəyidir”, - deyə qeyd edilib.

Qeyd edək ki, Hollandiya kəşfiyyat agentliyi illik hesabatında iddia edib ki, 2024-cü ilin iyununda Hollandiyanın Haarlem şəhərində bir iranlı sakinə qarşı sui-qəsd cəhdindən sonra iki nəfər həbs edilib. Bu iddialardan sonra İranın Hollandiyadakı səfiri Hollandiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью