İran Hörmüz boğazı ilə bağlı mövqeyini açıqladı

31.05.2026

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İran Hörmüz boğazından danışıqlarda təzyiq vasitəsi və ya bazarlıq predmeti kimi istifadə etməyi planlaşdırmır.

Teleqraf xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri İbrahim Əzizi RİA Novosti agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Hörmüz boğazında gəmiçiliyin tənzimlənməsi ilə bağlı hazırda qüvvədə olan mexanizmlər nə danışıqlar zamanı, nə də onlardan sonra dəyişdirilə bilməz.

"Biz bu məsələdən danışıqlar predmeti kimi istifadə etmək və ya bu gün Hörmüz boğazında tətbiq olunan tənzimləmə mexanizmlərinin dəyişdirilə biləcəyini bəyan etmək niyyətində deyilik", - deyə İbrahim Əzizi vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью