İran Hörmüz boğazına 20 yə yaxın mina yerləşdirə bilər

23.04.2026

Icma.az bildirir, Modern.az portalına istinadən.

ABŞ-nin Pentaqonu ABŞ Konqresinə İranın Hörmüz boğazı və ətrafında 20-yə qədər dəniz minası yerləşdirmiş ola biləcəyi barədə məlumat verib.

Modern.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri vəziyyətdən xəbərdar olan üç mənbəyə istinadən yazır.

Məlumata görə, mümkün minaların zərərsizləşdirilməsi üçün aparılacaq əməliyyatların tamamlanması altı aya qədər vaxt apara bilər.

Hesabatda qeyd olunur ki, Yaxın Şərqdə İranla bağlı münaqişə davam etdiyi və uzunmüddətli atəşkəs əldə olunmadığı müddətdə bu cür əməliyyatların həyata keçirilməsi ehtimalı aşağı qiymətləndirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью