İran Hörmüz boğazında 4 ölkəyə güzəşt etdi

04.11.2026

Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müəllif:Mehin Qasımova,Banco.az

İran Hindistan, Çin, İraq və Qətərə məxsus gəmiləri Hörmüz boğazında tətbiq edilən tranzit məhdudiyyətlərindən azad edib.

Banco.az xəbər verir ki, İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası sədrinin müavini Əmir Həyat Müqəddəm bildirib ki, adıçəkilən ölkələrin gəmiləri boğazdan sərbəst keçə bilər.

Onun sözlərinə görə, bu qərar konkret səbəblər və qarşılıqlı maraqlar nəzərə alınmaqla qəbul edilib.

Müqəddəm qeyd edib ki, Hindistan gəmilərinə güzəşt həmin ölkədən dərman idxalını asanlaşdırmaq, Çinə verilən güzəşt isə Pekinin siyasi dəstəyini təmin etmək məqsədi daşıyır.

Bununla yanaşı, Hindistan və Çinə məxsus gəmilərdən tranzit haqqı tutulur. Qətər gəmiləri isə bu ödənişdən azad edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью