İran Hörmüz boğazında BƏƏ yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

17.08.2026

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

İran Hörmüz boğazında, Qeşm adası yaxınlığında Birləşmiş Ərəb Əmirliklərinə məxsus tankeri saxlayıb.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Hörmüz boğazında vəziyyətin kəskin pisləşməsi fonunda baş verib.
 

Belə ki, son günlər BƏƏ-nin dövlət neft şirkəti "ADNOC" ilə əlaqəli iki tanker boğazdan keçərkən hücuma məruz qalıb. Əbu-Dabi bu hücumlara görə məsuliyyəti İranın üzərinə qoyub.


Əgər tankerin ələ keçirilməsi faktı təsdiqlənərsə, bu, İranla BƏƏ arasında növbəti ciddi insident olacaq və Hörmüz boğazında beynəlxalq gəmiçilik üçün riskləri daha da artıracaq.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью