İran Hörmüz boğazında hücum taktikasını dəyişdi

14.10.2026

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İran Hörmüz boğazından keçən ticarət gəmilərinə qarşı hücum taktikasını dəyişərək regionda gərginliyi artırıb.

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi İranın iki yüksəkvəzifəli rəsmisinə istinadən məlumat yayıb.

Bildirilib ki, Tehran neft qiymətlərinin yüksək səviyyədə qalmasına nail olmaq və ABŞ-da keçiriləcək aralıq seçkilər ərəfəsində Vaşinqtona təzyiq göstərmək məqsədilə yeni taktikalardan istifadə edir.

Son 48 saat ərzində Hörmüz boğazı ətrafında neft tankerləri və digər ticarət gəmiləri ilə bağlı azı beş təhlükəsizlik insidenti qeydə alınıb. Hadisələr arasında pilotsuz uçuş aparatları ilə hücumlar da var.

Məlumata görə, İran əməliyyatların coğrafiyasını genişləndirərək Oman körfəzi və ətraf sularda da fəaliyyətini artırmağı planlaşdırır.

Qeyd edək ki, Hörmüz boğazı dünya enerji təchizatı üçün mühüm əhəmiyyət daşıyır. Regionda gərginliyin artması beynəlxalq neft bazarlarında qiymətlərə və dəniz daşımalarına təsir göstərir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью