İran Hörmüz boğazında iki tankerin partladığını AÇIQLADI

22.11.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Hörmüz boğazının şərq hissəsində noyabrın 22-də səhər saatlarında iki tankerdə partlayış baş verib. Hadisə nəticəsində gəmilərdən biri Qənnam adasının şimalında, digəri isə boğazın şərq hissəsində dayanıb.

Redaktor.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri bəyanat yayıb. Məlumatı İranın dövlət teleradio şirkəti IRIB “Telegram” kanalında yayımlayıb.

İran hərbçiləri bildiriblər ki, gəmilər onların göstərişlərinə əməl etməyərək Hörmüz boğazı ərazisində icazəsiz marşrutlarla hərəkət ediblər. SEPAH-ın Hərbi Dəniz Qüvvələri gəmi sahiblərini ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbərləri kimi “qaçaqmalçılara” etibar etməməyə çağırıb və bunun ciddi maliyyə itkilərinə, hətta şirkətlərin müflisləşməsinə səbəb ola biləcəyini bəyan edib.

Tehran ticarət gəmilərinin kapitanlarına SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin zabitləri tərəfindən verilən göstəriş və xəbərdarlıqlara ciddi yanaşmağı tövsiyə edib.

Qeyd edək ki, daha əvvəl Misir, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyənin xarici işlər nazirləri Hörmüz boğazından təhlükəsiz və maneəsiz gəmi hərəkətinin mümkün qədər tez bərpa olunmasına çağırıblar. Onlar strateji əhəmiyyətli dəniz marşrutu ilə mülki gəmilərin hərəkətinə hər hansı məhdudiyyətin tətbiqinə qarşı çıxıblar.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью