İran Hörmüz boğazında İsraillə əlaqəli tankeri VURDU

01.04.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında neft tankerini vurduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə SEPAH sosial şəbəkələrdəki rəsmi səhifəsində məlumat yayıb.

"SEPAH-ın raket zərbəsi nəticəsində "Aqua 1" adlı neft tankeri vurulub", - məlumatda bildirilib.

Korpusdan əlavə ediblər ki, İsraillə əlaqəli tanker alova bürünüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью