İran Hörmüz boğazındakı dəniz minalarının xəritəsini YAYDI

09.04.2026

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

İranın 9 apreldə dərc etdiyi xəritədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ və İsrailə qarşı müharibə zamanı Hörmüz boğazına dəniz minaları yerləşdirdiyi göstərilir.

Redaktor.az xəbər verir ki, oxşar məlumatlar ISNA və "Tasnim" xəbər agentliklərində də yer alıb.

Xəritədə fars dilində "təhlükə zonası" sözləri yazılmış böyük bir dairə göstərilir və SEPAH-ın bu əraziyə mina yerləşdirdiyinə inanılır. Gəmilərin şimala, Larak adası yaxınlığındakı İranın materik hissəsinə yaxın sulardan keçdiyi güman edilir.

"Associated Press"in məlumatına görə, müharibə zamanı bəzi gəmilər bu marşrutdan istifadə ediblər.

Xəritədə aşağıdakı tarixlər göstərilir: 28 fevral – 9 aprel. SEPAH-ın bu marşrutu keçib-keçmədiyi məlum deyil, lakin "Associated Press" qeyd edir ki, bu çox güman ki, təzyiq taktikası kimi istifadə edilib.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью