İran Hörmüz boğazını AÇDI: Geriçəkilmə, yoxsa...

04.11.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İran Hindistan, Çin, İraq və Qətər gəmilərini Hörmüz boğazından keçid məhdudiyyətlərindən azad edib".

“Cebheinfo.az”-ın məlumatına görə, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət komitəsinin sədr müavini Əmir Həyat Moqəddəm “ISNA” xəbər agentliyinə verdiyi müsahibədə belə deyib. 

“Biz artıq Hindistan, Çin, İraq və Qətəri Hörmüz boğazından tranzit məhdudiyyətlərindən azad etmişik. Bu ölkələrdən olan gəmilər sərbəst keçir və amerikalılar onları saxlamır”, - deyə deputat bildirib.

Moqaddəm qeyd edib ki, istisnalar rəsmi Tehranın və bu ölkələrin qarşılıqlı maraqları ilə bağlıdır. Hindistan gəmilərinin keçidi İranın Hindistandan tibbi ləvazimat idxalını asanlaşdırır, Çin gəmilərinin maneəsiz keçidinə icazə vermək isə Pekinin siyasi dəstəyini təmin etmək məqsədi daşıyır.

İran Hindistan və Çin gəmilərindən tranzit haqqı alır, Qətər gəmilərinin isə pulsuz keçməsinə icazə verir. Millət vəkili İraq gəmilərinin tranzit haqqını ödəməsi ilə bağlı dəqiq fikir söyləməyib. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью