İran Hörmüz boğazını bağladı: ABŞ gəmilərinə atəş açılır

07.09.2026

Azpost saytına istinadən Icma.az xəbər verir.

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib ki, Hörmüz boğazı gəmiçilik üçün tamamilə bağlanıb.

Onun sözlərinə görə, İran hərbçiləri boğazdan keçməyə cəhd edən ABŞ gəmilərini atəşə tutur, lakin onları batırmaq üçün tədbir görmür.

Rzayi bildirib ki, gəmilərin batırılmamasının səbəbi mümkün ekoloji zərərin qarşısını almaqdır.

İran tərəfinin iddiasına görə, Hörmüz boğazından keçən gəmilər çox vaxt neft daşıyır. Bu səbəbdən həmin gəmilərin məhv edilməsi regionun akvatoriyasında ciddi neft çirklənməsinə səbəb ola bilər.

Hörmüz boğazı dünya enerji daşımaları baxımından strateji əhəmiyyət daşıyan marşrutlardan biridir. Bu səbəbdən boğazda gəmiçiliyin məhdudlaşdırılması qlobal neft bazarına və beynəlxalq daşımalarına ciddi təsir göstərə bilər.

AzPost.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью