İran Hörmüz boğazını bağlayır?

31.01.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) İran ordusunun Hörmüz boğazında həyata keçirəcəyi atış fəaliyyətindən öncə “təhlükəsizlik xəbərdarlığı” yayımlayıb.

"Cebheinfo.az" xəbər verir ki, CENTCOM-un açıqlamasında İranın Hörmüz boğazında “gərginliyi artıracaq addımlardan çəkinməli olduğu” bildirilib.

İranın bazar günü Hörmüz boğazında başlayacaq və iki gün davam edəcək atış fəaliyyətinə istinad edilən açıqlamada qeyd olunub ki, “CENTCOM İran İslam İnqilabı Keşikçiləri Korpusunun elan etdiyi dəniz təlimini təhlükəsiz, peşəkar şəkildə və beynəlxalq dəniz nəqliyyatının sərbəst hərəkətinə risk yaratmadan keçirməsini tövsiyə edir”.

Açıqlamada Hörmüz boğazının beynəlxalq dəniz ticarəti üçün strateji əhəmiyyətinə diqqət çəkilərək, İranın bu bölgədə gərginliyi artıracaq istənilən fəaliyyətdən uzaq durmasının vacibliyi vurğulanıb.

İran daha əvvəl Hörmüz boğazı ətrafındakı hava məkanında hərbi atış fəaliyyəti ilə bağlı NOTAM yayımlamış və bölgədə hərbi atışların keçiriləcəyini açıqlamışdı.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью