İran Hörmüz boğazını tarifsiz açacaq

14.06.2026

Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ İranla Tehranın Hörmüz boğazını tranzit haqqı almadan yenidən açmasını, ABŞ-ın isə İran limanlarına qarşı blokadasını ləğv etməsini tələb edən çərçivə sazişinin imzalanacağını hesab edir. 

Azpost.info bildirir ki, bu barədə ABŞ administrasiyanın yüksək vəzifəli rəsmisi bildirib.

“Biz düşünürük ki, razılaşma əldə etmişik. Bu, əla və çox güclü bir razılaşmadır”, – deyə rəsmi Fox News-a bildirib.

ABŞ administrasiyasının rəsmisinin sözlərinə görə, İrandan strateji su yolunu “tariflərsiz” yenidən açması tələb olunacaq ki, bu da aylardır davam edən münaqişəyə son qoymaq məqsədi daşıyan danışıqlarda ABŞ-ın əsas tələbidir.

Rəsmi həmçinin qeyd edib ki, ABŞ blokadası boğazın yenidən açılması ilə eyni vaxtda qaldırılacaq və növbəti mərhələ suların minalardan təmizlənməsinə yönələcək.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью