Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İran Hörmüz boğazının açılması üçün ABŞ tərəfinə yeddi şərt təqdim edib.
Bakıvaxtı.az xəbər verir ki, TASS-ın “Tasnim” xəbər agentliyinə istinadən yaydığı məlumata görə, şərtlər İran tərəfindən vasitəçilər kanalı ilə ABŞ-yə çatdırılıb.
Mənbənin bildirdiyinə görə, İran İslam Respublikasının ali hakimiyyət orqanları tərəfindən təsdiqlənən yeddi şərtin hamısı yerinə yetirilməyənədək Hörmüz boğazı bağlı qalacaq.
Mənbə vurğulayıb ki, İran və Oman arasında əldə olunan razılaşma Hörmüz boğazının açılması anlamına gəlmir.
Bildirilib ki, boğazın açılıb-açılmayacağı tamamilə Vaşinqtonun atacağı addımlardan asılıdır.
Hörmüz boğazı qlobal enerji daşımalarının əsas marşrutlarından biri hesab olunur və onun fəaliyyətinin məhdudlaşdırılması beynəlxalq neft və qaz bazarlarına ciddi təsir göstərə bilər.