İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqladı

16.07.2026

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

İran Silahlı Qüvvələrinin nümayəndəsi Məhəmməd Əkrəminiya Hörmüz boğazının hərbi təzyiq nəticəsində açılmayacağını bildirib.

Lent.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, boğazın açılması üçün ABŞ İslamabad memorandumunun şərtlərinə əməl etməli, bütün hərbi əməliyyatları dayandırmalı və İranın suveren hüquqlarını tanımalıdır.

Əkrəminiya əlavə edib ki, bu şərtlər yerinə yetirilənədək Hörmüz boğazı bağlı qalacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью