İran: “Hörmüz daha da sıxıldı”

02.09.2026

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin ölkənin cənubuna endirdiyi zərbələrə cavab veriləcəyini açıqlayıb.

“Bakupost” xəbər verir ki, SEPAH ABŞ hücumlarının Hörmüz boğazında vəziyyəti daha da gərginləşdirdiyini bildirib. Açıqlamada ABŞ-yə qarşı “ağır cavab” veriləcəyi vurğulanıb.

İran tərəfi həmçinin ABŞ-yə məxsus “MQ-9” tipli pilotsuz uçuş aparatının vurulduğunu iddia edib. Qarşılıq tədbirlərinin detalları daha sonra açıqlanacaq.

Vüsalə Hüseynova,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью