İran Hörmüzdən keçməsi qadağan edilmiş gəmilərin siyahısını açıqlayıb

14.09.2026

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

İranın Fars körfəzinə nəzarət üzrə idarəsi (PGSA) Hörmüz boğazında dənizçilik qaydalarını pozmuş gəmilərin siyahısını dərc edib. 

525.az xəbər verir ki, siyahıda 77 gəmi yer alıb.

Bildirilir ki, həmin gəmilər su hövzəsindən yenidən keçməyə cəhd etdikləri təqdirdə, müsadirə olunması da daxil olmaqla müxtəlif tədbirlərlə üzləşə bilərlər.

“İranın Hörmüz boğazında dənizçilik protokollarını pozan gəmilər növbəti keçidlər zamanı cərimə, saxlanılma və ya müsadirə də daxil olmaqla müxtəlif məhdudiyyətlərlə üzləşəcəklər”, – idarənin bəyanatında bildirilir.

Tehran, həmçinin Fars körfəzi ərazisində yükdaşıma həyata keçirən bütün gəmi sahiblərini gələcək problemlərin qarşısını almaq üçün sözügedən siyahı ilə tanış olmağa çağırıb.

PGSA xəbərdarlıq edib ki, siyahıya daxil edilmiş gəmilərə yükləmə və digər hansısa fəaliyyətlər qeyd alınarsa, həmin gəmilər də siyahıya salınacaq.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью