Icma.az, 525.az saytına istinadən bildirir.
“İran Hörmüz boğazının şərqində gəmilərin hərəkəti üçün qadağa zonası tətbiq edir”.
525.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi Hüseyn Məhəbi bildirib.
“Qadağan olunmuş ərazi Çabahar limanından başlayaraq Oman körfəzinin və Ərəb dənizinin müəyyən hissələrinə qədər uzanır”, – o deyib.
SEPAH nümayəndəsi əlavə edib ki, həmin ərazidən keçən istənilən gəmi Tehranla keçidi əvvəlcədən razılaşdırmadığı halda sanksiyalara məruz qalacaq.
Pərvanə Sultanova