Icma.az, 525.az saytına istinadən bildirir.
"İran Vaşinqtona hücum edəcəyi təqdirdə, ABŞ indiyədək heç bir ölkənin üzləşmədiyi miqyasda cavab zərbələri endirəcək”.
525.az xəbər verir ku, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.
O deyib ki, əgər belə bir təhlükə varsa, onlar indiyədək heç bir ölkənin ödəmədiyi bədəli ödəyəcəklər:
“Ümid edirəm ki, belə bir təhlükə yoxdur. Lakin biz bu məsələyə ciddi yanaşırıq”, - Tramp deyib.
Qeyd edək ki, Tramp bu barədə Filippinin paytaxtı Manilada ASEAN sammiti çərçivəsində jurnalistlərə bildirib.
Pərvanə Sultanova