“İran hücuma qədər ABŞ ilə danışıqlara açıq olub”

24.03.2026

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“İran ABŞ-İsrail hücumuna qədər ABŞ ilə danışıqları davam etdirməyə hazır olub və bu proses müəyyən qədər uğurla irəliləyib”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

Onun sözlərinə görə, Tehran danışıqlara hazır olduğunu təkcə bəyanatlarla deyil, real addımlarla da təsdiqləyib: “İran hərbi əməliyyatlar başlayanadək danışıqların davam etdirilməsində maraqlı olub. Bu faktlar həm Rusiyaya, həm də beynəlxalq ictimaiyyətə məlumdur”, - deyə Kremlin sözçüsü bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью