“İran hücumdan əvvəl bizə məlumat verib”

08.07.2025

Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“İran raket hücumu öncəsi Vaşinqtonla əlaqə saxlayaraq hücumun vaxtı və yerini bildirib”.

Missiya.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı məlumat verib.

“Onlar harada olduqlarını və nə vaxt hücum edəcəklərini dedilər. Habelə, bildirdilər ki, əgər vaxtı dəyişmək istəyiriksə, bunu da edə bilərlər. Bu, bir növ hörmət göstəricisidir”, - deyə siyasətçi vurğulayıb.

Tramp qeyd edib ki, ABŞ qüvvələri Qətərdəki hərbi bazanı hücumdan əvvəl tərk edib və heç bir sürpriz yaşanmayıb.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью