İran husiləri bölgədəki vəziyyəti gərginləşdirməməyə çağırdı

23.03.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

İran Yəmənin üsyançı "Ənsar Allah" (husilər) hərəkatını Yaxın Şərqdəki vəziyyəti gərginləşdirməməyə və ABŞ ilə danışıqlar kanalı açmaq imkanını nəzərdən keçirməyə çağırıb.

Oxu.Az xəbər verir ki, bu barədə İraqın "Shafaq News" portalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Tehranın mesajını husilərə İraqın keçmiş baş naziri Adil Əbdül Mehdi bu yaxınlarda Sənaya səfəri zamanı çatdırıb.

Təklif ABŞ-nin hava zərbələrinə son qoyması şərti ilə Qırmızı dəniz və Bab əl-Məndəb boğazında husilərin hücumlarının dayandırılmasından ibarətdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью