Icma.az, Bizimyol portalına istinadən məlumat verir. Əcnəbilər İrandakı silahlı iğtişaşlarda iştirak ediblər.
Bizimyol.info xəbər verir ki, bu barədə İslam Respublikasının Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı general-mayor Əlirza Elhami bildirib.
"Baş verənlər küçə iğtişaşları deyildi; bu, 12 günlük müharibənin (İsrail və ABŞ-la) davamı idi.
İğtişaş iştirakçılarının çoxu iranlı deyildi", - deyə "Mehr" xəbər agentliyi onun sözlərinə istinadən məlumat verib.
Bir müddət əvvəl İran polisi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı qırğınlarda və hücumlarda iştirak etməkdə ittiham olunan 300 nəfərin həbs olunduğunu bildirib.
Qadir, Bizimyol.info Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.