İran İİKK nın yeraltı raket şəhərciyini açır

11.11.2026

Icma.az, Oxumeni.az portalına istinadən məlumat verir.

İran İİKK-nın yeraltı raket şəhərciyini açır

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Aerokosmik Qüvvələri üçün yeni yeraltı raket şəhərciyi açıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyinin yaydığı məlumatda deyilir. Raket sistemi Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əli Əbdollahiyə və İİKK Aerokosmik Qüvvələrinin komandanı Seyid Məcid Musəviyə təqdim edilib.

Yeraltı obyektin müxtəlif ballistik və qanadlı raketlərə, eləcə də onların buraxılış qurğularına ev sahibliyi etdiyi bildirilir.

İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf yeni raket şəhərciyinin İrandan düşmənlərinə açıq bir siqnal olduğunu bildirib.

Parlament sədri bildirib ki, "İran İnqilab Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin yeni raket şəhərinin açılışı İran xalqının ölkənin müstəqilliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq əzminin təzahürüdür. Bu gün nümayiş etdirilənlər alim və mühəndislərin illərlə səyini, komandirlərin müdrikliyini və ən çətin şərtlər altında əzmkarlıq göstərən və bu genişmiqyaslı və vacib layihəni başa çatdıran əsgərlərin gecə-gündüz mübarizəsini əks etdirir".

Əziz Mustafa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью