İran ilə ABŞ arasında yenidən gərginlik

02.09.2026

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İran Silahlı Qüvvələri ölkənin mərkəzi hissəsində yeni hava hücumundan müdafiə sistemini sınaqdan keçirərək ABŞ-a məxsus MQ-9 pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, ABŞ-a məxsus PUA Xomeyn şəhəri üzərində vurulub.
Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrandakı hədəflərə yeni silsilə zərbələr endirildiyini açıqlayıb. Zərbələrin İranın cənub sahillərindəki bir sıra əraziləri, o cümlədən Hörmüzgan vilayətini əhatə etdiyi bildirilir.
İran mediası isə Qeşm adası və digər şəhərlərdə partlayışların baş verdiyini xəbər verib. Eyni zamanda, Sirikdə ABŞ zərbələri zamanı toy mərasiminin keçirildiyi yaşayış binasının vurulduğu və ölənlərin olduğu barədə məlumat yayılıb.
​​​​​​​ABŞ Prezidenti Donald Tramp isə İrana qarşı yeni cavab hücumlarının həyata keçiriləcəyi təqdirdə daha sərt hərbi addımlar atılacağı barədə xəbərdarlıq edib.
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью