İran imtina edəcəyi halda FİFA yeni variantları gözdən keçirir

13.04.2026

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

FİFA, İranın ABŞ və İsrail ilə hərbi münaqişə səbəbindən DÇ-2026-ya yollanmayacağı halda müxtəlif ssenariləri nəzərdən keçirir. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" portalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, ali futbol qurumu mundiala vəsiqə qazana bilməyən komandalardan ibarət Asiyadan və Avropadan iki komandanın iştirak edəcəyi qitələrarası pley-off keçirməyi düşünür.

Yüksək FİFA reytinqi sayəsində İtaliya turnirdə Avropanı təmsil edəcəyinə demək olar ki, əmindir.

Qeyd edək ki, İtaliya pley-off finalında Bosniya və Herseqovinaya penaltilərdə məğlub olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью