İran İordaniyada ABŞ nin 9 təyyarəsini zədələyib

10.09.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

İran Fars körfəzindəki İran gəmilərinə zərbələrə cavab olaraq Yaxın Şərqdəki ABŞ hədəflərinə raket zərbələri endirib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə haber7.com məlumat yayıb.

İranın ABŞ qüvvələri tərəfindən istifadə edilən İordaniyadakı Müvəffəq Salti və Şahzadə Həsən hava bazalarına raket zərbələri endirdiyi bildirilir.

Məlumata görə, HHQ-nin iki hava bazasına azı 20 raket atılıb.

Bazalara endirilən hava zərbəsi nəticəsində 8 ədəd “F-15” və bir “A-10 Warthog” hücum təyyarəsi zədələnib.

Məhz təyyarələrdəki zədələr ciddi olmasa da, onlara texniki baxışın göstərilməsinə ehtiyac yaranıb.

Hazırda “A-10” təyyarəsinin qanadının zədələndiyi bildirilir. Hücum zamanı isə ABŞ hərbçilərindən xəsarət alan olmayıb. 

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu sentyabrın 8 və 9-da gecə yarısı ABŞ-nin İordaniyadakı hərbi bazasını balistik raketlərlə hədəf aldığını açıqlamışdı.

İordaniya ordusu isə İran tərəfindən atılan 18 raketin hava hücumundan müdafiə sistemləri ilə məhv edildiyini, daha 2 raketin isə boş ərazilərə düşdüyünü bildirib.
Məlumatda İordaniyadakı Müvəffəq Salti və Şahzadə Həsən hava bazaları ABŞ üçün strateji əhəmiyyət daşıdığı qeyd olunur. 

Bazada təxminən 4 min ABŞ hərbçisinin olduğu və müxtəlif dövrlərdə “F-35”, “F-16”, “F-22”, “C-17” və digər hərbi təyyarələrin yerləşdirildiyi bildirilir.

Aişə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью