İran iqtisadi böhran məngənəsində

06.01.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

İranda əhalinin 30 % -i yoxsulluq şəraitində yaşayıb. 

“Cebheinfo.az” “Bourse Press”-ə istinadən xəbər verir ki, Əmək və Sosial Təminat İnstitutunun rəhbəri İbrahim Sadeqifər xəbərdarlıq edib ki, İran xalqının 22-27 %-i yoxsulluq içərisində yaşayır və minimum əsas ehtiyaclarını ödəməkdə çətinlik çəkirlər. 

Onun sözlərinə görə, İranda yoxsulluq ən ağır iqtisadi problemlərdən biridir. 

Sadeqifər bildirib ki, ölkədə yoxsulluq genişlənib və cəmiyyətin böyük bir hissəsini əhatə edən danılmaz reallığa çevrilib. 

İran rəsmisi yoxsulluğa qarşı aparılan mübarizənin düzgün olmadığını bildirərək yoxsulluğun səbəblərinin araşdırılmasına çağırıb. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью