Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Daxili və beynəlxalq maneələr aradan qaldırılarsa, İran və İraq arasında ticarət həcmi ildə 20 milyard dollara çata bilər.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bunu İran-İraq Birgə Ticarət Palatasının rəhbəri Yəhya Əl-e Eshaq deyib.
Onun sözlərinə görə, İraqın İranla ticarəti 2025- ci ildə 10 milyard dolları keçib. Bu, əsasən İranın İraq bazarına qida, istehlak malları və digər məhsullar ixracı ilə bağlıdır.
Eshaq qeyd edib ki, iki ölkə təxminən 1600 kilometrlik (990 mil) sərhədi bölüşür və bir neçə rəsmi keçid məntəqəsi var. Bunlara İraqın cənubundakı Bəsrə əyalətindəki Şalamçeh, Vasitdəki Zurbatiyah, Kürdüstan bölgəsindəki Başmaq və Hac Omran daxildir.
Gülşən Şərif