İran İraqda kürdlərə zərbə endirdi

19.05.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Kürd müxalifət qruplaşması olan "Komala"nın İraqın Süleymaniyə əyalətində yerləşən bazası raket atəşinə tutulub.
Bizim.Media xəbər verir ki, təşkilatın nümayəndələrindən birinin verdiyi bəyanata görə, obyektə İrandan dörd raket atılıb.
Rəsmi Tehran hələlik zərbə ilə bağlı məlumatları şərh etməyib. Qeyd edək ki, İran hakimiyyəti əvvəllər də İraq Kürdüstanında məskunlaşan kürd silahlı birləşmələrini təxribat fəaliyyətlərində və ölkənin sərhədyanı bölgələrinə hücumlar təşkil etməkdə dəfələrlə ittiham edib.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью