İran İsrail qarşıdurması vəziyyəti pisləşdirdi Belousov

26.06.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

İran-İsrail qarşıdurması regiondakı vəziyyəti kəskin şəkildə gərginləşdirib.

Axar.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Andrey Belousov Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin iclasında çıxışı zamanı bildirib.

“Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Bu, ilk növbədə İran və İsrail arasında qarşıdurma, eləcə də İsrail və ABŞ-ın İranın hərbi obyektləri və infrastrukturuna endirdiyi zərbələrlə bağlıdır. Bu cür hücumlar BMT Nizamnaməsinin və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır”, - deyə Belousov qeyd edib.

O vurğulayıb ki, Rusiya dərhal və bütün səviyyələrdə İranda çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib. İsrail və ABŞ-ın hərəkətləri qəti şəkildə pislənilib. Münaqişənin de-eskalasiyası üçün vasitəçilik səylərinə hazır olduğunu bəyan edib.

Belousovun sözlərinə görə, bu sıraya Suriyadakı hadisələr, Qəzza zolağındakı humanitar fəlakət və Livandakı vəziyyət də daxildir.

Nazir həmçinin qeyd edib ki, Yaxın Şərqdən terror ideologiyalarının yayılması və silahlıların Əfqanıstana tranziti davam edir.

“Ölkədə davam edən sabitsizlik ŞƏT məkanında transmilli cinayətkarlığın və terror təhlükəsinin əsas mənbəyi olaraq qalır”, - deyə o əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью