İran İsrail qarşıdurması yenidən başlayır? AÇIQLAMA | Icma.az
Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq. İran raket proqramını genişləndirməkdə davam edir.
Ölkə müxtəlif məqsədlər üçün raketlərin istehsalını artırmağı planlaşdırır.
Bununla yanaşı, İran Çindən döyüş təyyarələri və hava hücumundan müdafiə sistemləri əldə etməyi nəzərdə tutur.
Bütün bunlar Tehranın hərbi gücünü artırmaq istiqamətində atdığı addımlardır.
İranın silahlanma siyasəti isə İsrail üçün yeni və ciddi bir təhdid kimi qiymətləndirilir.
Bu səbəbdən yenidən İsraillə qarşıdurma ehtimalının olduğu bildirilir.
Sfera.az-a bu barədə açıqlama verən politoloq Elçin Xalidbəyli hazırda Yaxın Şərqdə baş verən proseslərə əsasən ABŞ-nin qərarverici mövqedə olduğunu deyib.
Onun sözlərinə görə, İranın hərbi gücünü artırmasına isə böyük ehtimalla Vaşinqtondan reaksiya veriləcək: “İsrail son dövrlər hər nə qədər fəallaşsa və müstəqil şəkildə əməliyyatlar həyata keçirməyə cəhd etsə də, nəticə etibarilə Ağ Evin mövqeyi həm İsrail, həm də region üçün həlledici əhəmiyyət daşıyır.
Tam oxu
Xəbəri oxu