Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran İsrailin ABŞ-ı Tehranla yeni hərbi qarşıdurmaya cəlb etməyə çalışdığını iddia edir.
Moderator.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin Tehranı kimyəvi silah hazırlamaqda ittiham etməsini Vaşinqtonu yeni müharibəyə cəlb etmək cəhdi kimi qiymətləndirib.
Əraqçinin sözlərinə görə, İsrail bu ittihamlarla ABŞ-ı öz maraqları naminə müharibənin yeni mərhələsinə sürükləmək istəyir.
Nazir həmçinin bildirib ki, Çin və Rusiya İranın nüvə doktrinasını dəyişdirərək nüvə silahı əldə etməsini dəstəkləmir.
ABŞ və İsrailin İranın nüvə obyektlərinə zərbələrindən sonra Tehranda nüvə siyasətinə yenidən baxılması ilə bağlı müzakirələr güclənib. Bəzi qüvvələr nüvə silahına sahib olmağın ölkənin təhlükəsizliyini gücləndirəcəyini düşünür.