İran İsrail sakinlərini ölkədəki yeni hücumlardan xəbərdar edib

02.03.2026

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

İran İnqilab Keşikçiləri Korpusu (İKK) İsrail sakinlərinə hərbi obyektlərdən və dövlət müəssisələrindən uzaq durmağı və ölkəni təcili tərk etməyi tövsiyə edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Fars informasiya agentliyi xəbər verib.

İKK xatırladıb ki, əvvəlcə ABŞ hərbi bazalarına və İsrail ərazisinə hücumların genişlənəcəyi barədə xəbərdarlıq etmişdilər.

Həmçinin bildirilib ki, İran raket zərbələri Tel-Əvivdə hökumət kvartalına, eləcə də Hayfa və Şərqi Qüdsdəki hərbi obyektlərə endiriləcək.

Məryəm Quliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью