İran İsrailə qarşı sərt bəyanat yaydı

30.05.2026

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Beynəlxalq təşkilatlar İsrailin cəzasızlığına son qoymalıdırlar.

Moderator.az xəbər verir ki, bu haqda İranın xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazem Qəribabadi "X" sosial media saytında paylaşımında bildirib.

Qeyd edib ki, İsrail beynəlxalq qurumlara təzyiq göstərməklə məsuliyyətdən yayınmağa çalışır.

Qəribabadi həmçinin Qəzza və Livanda atəşkəsin zorakılığa son qoymadığını vurğulayıb və İsraili hücumları davam etdirməkdə, suverenliyin pozulmasında və əhalinin zorla köçürülməsində günahlandırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью