İran İsrailə raketlərlə hücum etdi

07.06.2026

Icma.az, Lent az portalına istinadən məlumat verir.

İsrail Müdafiə Qüvvələri İran ərazisindən buraxılan raketlərin hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirildiyini açıqlayıb.
Lent.az xəbər verir ki, ordunun məlumatına görə, raketlərin zərərsizləşdirilməsi üçün hava hücumundan müdafiə qüvvələri əməliyyata cəlb olunub.
Məsələ ilə bağlı İsrailin milli təhlükəsizlik naziri Ben-Qvir isə "X" sosial şəbəkəsində paylaşım edib.
“Bu gecə Tehran yanmalıdır!”, - nazir qeyd edib.


***
23:23
İsrail ordusu İran ərazisindən raketlərin buraxıldığını qeydə alıb.

Lent.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, İsrailin şimal bölgələrinin çoxunda, o cümlədən Hayfa ətrafında hava həyəcanı elan olunub.

Qeyd olunub ki, hava hücumundan müdafiə qüvvələri hava hədəflərinin zərərsizləşdirilməsi üçün fəaliyyətə başlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью