İran İsraili hədələdi: “Əvvəlkindən daha sarsıdıcı və…” KONKRET

14.07.2025

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İran Silahlı Qüvvələrinin yeni təyin olunan rəhbərliyi İsrailə qarşı sərt açıqlamalar verib.

KONKRET.az bildirir ki, bu barədə İran mediasında məlumat dərc edilib.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdülrəhim Musəvi İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələri və Aerokosmik Qüvvələrinin qərargahına səfəri zamanı deyib:

“Düşmənlər yenidən səhvə yol verərsə, döyüşçülərimiz əvvəlkindən daha sarsıdıcı və qətiyyətli cavab verməyə tam hazırdırlar”.

Musəvi iyunun 13-də İsrailin 12 günlük hərbi əməliyyatı zamanı öldürülən sələfi Məhəmməd Baqirinin ölümündən sonra Baş Qərargaha rəhbərlik etməyə başlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью