Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“İsraili yaşayış üçün yararsız hala gətirmək bir saatdan çox çəkməyəcək"
İran milli təhlükəsizliyi təhdid altında olarsa, İsraili yaşayış üçün yararsız hala gətirə biləcəyi barədə xəbərdarlıq edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri İbrahim Əzizi deyib.
"Milli təhlükəsizliyimizə qarşı hər hansı bir addım atılarsa, İsraili yaşayış üçün yararsız hala gətirmək bir saatdan çox çəkməyəcək", - deyə o vurğulayıb.