İran İsraili yenidən hədələdi

07.06.2026

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

İran İsraili Livanın cənubuna hücumları dayandırmağa çağırıb və əks halda daha güclü və dağıdıcı zərbələr endiriləcəyi barədə xəbərdarlıq edib.

Gununsesi.info  xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının rəisi Əli Abdullahi bəyanat verib.

O bildirib ki, İsrail ordusu Livanın cənubuna və Dahiya bölgəsinə hücumları dayandırmalıdır.

“Əgər İsrail bu regiona qarşı hücumlarının coğrafiyasını genişləndirərsə və ya İranın hərəkətlərinə cavab verərsə, daha güclü və dağıdıcı zərbələrlə üzləşəcək. Eyni zamanda onun tərəfdarlarına qarşı da dağıdıcı hücumlar başlayacaq”, – deyə Abdullahi bildirib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью