İran İsrailin daha bir qırıcısını vurduğunu açıqladı

14.06.2025

Icma.az, Yenisabah saytına istinadən bildirir.

İranın hava hücumundan müdafiə vasitələri İsrail Hərbi Hava Qüvvələrinə məxsus daha bir "F-35" qırıcısını vurub.

Oxu.Az bu barədə IRIB dövlət teleradio şirkətinə istinadla xəbər verir.

Məlumata görə, pilot katapult edib, onun taleyi hələlik məlum deyil. Qırıcı təyyarənin İranın qərbində vurulduğu bildirilir.

Xatırladaq ki, iyunun 13-də İran ordusu İsrail Hərbi Hava Qüvvələrinə məxsus iki "F-35" qırıcısını məhv etdiyi barədə məlumat yaymışdı. İsrail isə Tehranın iddiasını təkzib edərək, onu saxta xəbər adlandırmışdı.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью