GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İran İsrailin nüvə proqramı və strateji obyektlərinə dair minlərlə məxfi sənədi ələ keçirdiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı İran dövlət televiziyası ölkənin kəşfiyyat mənbələrinə istinadla yayıb.
Məlumata görə, İranın kəşfiyyat orqanları İsrailin nüvə planları, infrastrukturu və digər strateji obyektlərinə dair yüksək məxfilik daşıyan məlumatları ələ keçirib. Əldə olunan materialların böyük hissəsi sənəd formasındadır və saylarının minlərlə olduğu bildirilib.
İsrail rəsmiləri isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.